12 
Sen
2026
11:37
136

Gürcüstanda külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən xarici vətəndaş saxlanılıb

Gürcüstanda külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən xarici ölkə vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək məqsədilə şirkətlərdən birinin direktoruna xaricdən metal kompozit panellər gətirəcəyini vəd edib. Bunun müqabilində o, təxminən 28 min lari məbləğində pulu aldadaraq öz hesabına köçürtdürüb, lakin vədini yerinə yetirməyərək həmin vəsaiti qanunsuz şəkildə mənimsəyib.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin və Baş Detektivlər İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən xarici ölkə vətəndaşını saxlayıblar.

İş üzrə kompleks şəkildə aparılan istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs külli miqdarda vəsaiti aldatma yolu ilə mənimsəmək məqsədilə şirkətlərdən birinin direktoruna xaricdən metal kompozit panellər gətirəcəyini vəd edib. Bunun müqabilində o, təxminən 28 min lari məbləğində vəsaiti aldadaraq öz hesabına köçürtdürüb, lakin vədini yerinə yetirməyərək həmin pulu qanunsuz şəkildə mənimsəyib.

Həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi məhkəmə qərarı əsasında Tbilisidə saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Bu maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın