11 
Sen
2026
13:36
58

Gürcüstanda 2026-cı ilin ilk yarısında ölüm sayı doğum sayını 4 715 nəfər üstələyib

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 17 509 uşaq diri doğulub, 22 224 nəfər isə vəfat edib.

InterPress.ge xəbər verir ki, “Sakstat”ın yaydığı məlumata əsasən, 2026-cı ilin ilk yarısında təbii artım, yəni diri doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq mənfi 4 715 nəfər təşkil edib.

Təbii artımın müsbət göstəricisi yalnız Tbilisi şəhərində 424 nəfər və Acarıstan Muxtar Respublikasında 330 nəfər olub.

Məlumata görə, 2026-cı ilin ilk 6 ayında Gürcüstanda 10 006 nikah və 6 095 boşanma halı qeydə alınıb.

Bizimlə əlaqə saxlayın