09 
Okt
2020
11:54
1046

Oktyabrın 10-u Marneulidə "Qarabağ Azərbaycanındır" adlı aksiyası keçiriləcək

Marneulidə Azərbaycana "Qarabağ Azərbaycanındır" adlı dəstək aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, aksiya 10 oktyabr saat 15:00-da Mareneulidə yerləşən Ata Holding binasının qarşısında keçiriləcək.

Aksiya təçkilatçılarının bildirdiyinə görə, aksiya dinc şəkildə keçəcək. Bildirilir ki, aksiyanın məqsədi Azərbaycanın haqlı mübarizəsində Azərbaycana və ordusuna dəstək olmaqdır.

"Gürcüstanımızda yaşayan əziz və dəyərli soydaşlarımız!

Hazırda, bütün dünya azərbaycanlıları, o cümlədən, bizlər qan bağı ilə bağlı olduğumuz Azərbaycanımızın işğal olunmuş torpaqlarının azad edilməsi üçün apardığı antiterror əməliyyatları barədə gələn xəbərləri böyük həyəcanla izləməkdəyik. Azərbaycan xalqı, şanlı Azərbaycan Ordusu 30 illik işğala son qoymaq üçün bütün varlığını ortaya qoymuşdur. Sizləri oktyabrın 10-da (şənbə günü) Azərbaycanın haqlı mübarizəsinə dəstək münasibətilə təşkil olunacaq “Qarabağ Azərbaycandır!” adlı dinc aksiyaya dəvət edirik.

Ünvan və tarix: Marneuli şəhəri, AtaHoldinq-Gürcüstan şirkətinin həyəti, 15.00 (günorta saat 3)", - Təçkilatçıların yaydığı məlumatada qeyd olunur.

Bizimlə əlaqə saxlayın