09 
Okt
2020
11:45
1120

Qoqi Meşvelianidən əhaliyə şəx xəbər: 35 milyon lari dəyərində olan layihə 15 yaşayış məntəqəsində...

Gürcü arzusunun Bolnisi, Dmanisi, Tetricğaro və Çalka bələdiyyəsinin majoritar deputatlığa namizədi Qoqi Meşveliani Tetricğaro bələdiyyəsinin Abeliani, Çxikvta, Maçevan, Enaqet, Sağaraşen, Parçxisi, Şavsağdari, Gorgiaşvili, Ardisubani və Boqvi kəndlərinə qonaq olub. Səfər çərçivəsində yerli sakinlərin ehtiyyaclarını dinləyib və gələcək planlardan danışıb.

Bu barədə InterPress.ge-yə Meşvelianinin mətbuat xidmətindən məlumat verilib.

İdarəçi komandanın namizədi Qoqi Meşvelianinin açıqlamasına görə, kəndlərdə kifayət qədər əhəmiyyətli infrastruktur layihələr həyata keçirilib. Ancaq içməli su məsələsi yenə problem olaraq qalmaqda davam edir.

Meşvelianinin sözlərinə görə, yaxın gələcəkdə 35 milyon lari dəyərində olan layihə 15 yaşayış məntəqəsində həyata keçiriləcək. Layihənin baş tutması nəticəsində bu zonada içməli su problemi öz həllini tapacaq.

"Bir neçə yaşayış punktuna giriş və daxili yol və qazlaşdırma problemi var. Bütün bu istiqamətlərlə artıq proqram hazırlanıb və qeyd etdiyim problemlər öz həllini tapacaq" - dedi Qoqi Meşveliani.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər