30
Iyl
2026
18:03
607
yuxarı
Gürcüstanda dövlət universitetlərinin maliyyələşdirilməsinin yeni modeli təsdiqlənib
Gürcüstan hökumətinin qərarı ilə dövlət universitetlərinin maliyyələşdirilməsinin yeni modeli təsdiqlənib. Yeni model 2026–2027-ci tədris ilindən etibarən mərhələli şəkildə tətbiq olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış model iki əsas komponentdən ibarətdir – baza maliyyələşdirilməsi və nəticələrə əsaslanan maliyyələşdirmə.
Baza maliyyələşdirilməsi akademik proqramların fərqli dəyəri, təhsil istiqamətləri, ali təhsilin pillələri – bakalavriat və magistratura, eləcə də universitetlərdə təhsil alan tələbələrin sayı nəzərə alınmaqla müəyyən ediləcək. Bu mexanizm tədris prosesi və tələbələrə göstərilən xidmətlərlə bağlı əsas xərclərin qarşılanmasını təmin edəcək.
Məlumata əsasən, baza maliyyələşdirilməsinə mərhələli şəkildə nəticələrə əsaslanan maliyyələşdirmə komponenti də əlavə olunacaq.
Bu komponent dövlət sifarişinin icra nəticələrinə əsaslanacaq və aşağıdakı istiqamətləri əhatə edəcək:
• təhsilin keyfiyyətinin və əmək bazarının tələblərinə uyğunluğun artırılması;
• elmi tədqiqat, inkişaf və innovasiyaların keyfiyyətinin yüksəldilməsi;
• beynəlmiləlləşmənin təşviqi;
• regional inkişafın dəstəklənməsi;
• ali təhsilə çıxış imkanlarının genişləndirilməsi.
Nazirlik hər bir dövlət universiteti ilə əməkdaşlıq çərçivəsində həmin ali təhsil müəssisəsinin missiyası, məqsədləri, profili və resursları nəzərə alınmaqla müqavilə əsasında maliyyələşdirmə şərtlərini fərdi qaydada müəyyən edəcək.
Bildirilib ki, nəticələrə əsaslanan maliyyələşdirmə modeli universitetlərə milli hədəflərin həyata keçirilməsində daha fəal iştirak etməyə və təhsilin keyfiyyətinin davamlı inkişafına töhfə verməyə imkan yaradacaq.
Yeni model dövlət universitetlərinin müasir tələblərə uyğun təhsil proqramlarını inkişaf etdirməsinə, tədrisin yüksək keyfiyyətini təmin etməsinə, akademik, inzibati və yardımçı heyət üçün layiqli əmək şəraiti və rəqabətqabiliyyətli əməkhaqqının formalaşdırılmasına dəstək olacaq.
Nazirlik qeyd edir ki, ali təhsil islahatının əsas məqsədi ali təhsilin keyfiyyətinin və əlçatanlığının artırılmasıdır. Yeni maliyyələşdirmə modeli dövlət vəsaitinin təhsilin keyfiyyətinin yüksəldilməsinə, universitetlərin elmi-tədqiqat potensialının gücləndirilməsinə və ali təhsil müəssisələrinin uzunmüddətli institusional inkişafına yönəldilməsini nəzərdə tutur.
Yeni modelin tətbiqinin ilk mərhələsi üçün dövlət büdcəsindən əlavə 42 milyon lari ayrılacaq. Nəticədə, 2027-ci ildə ali təhsilin ümumi maliyyələşdirilməsi 170 milyon lariyə çatacaq.
Nazirliyin məlumatına görə, maliyyələşdirmənin yeni modeli Dünya Bankı ilə birgə bir neçə il ərzində hazırlanıb. Model sistemin ehtiyaclarının geniş təhlili, beynəlxalq təcrübənin öyrənilməsi və yerli, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə “İnnovasiya, inklüzivlik və keyfiyyət – Georgia I2Q (WB)” layihəsi çərçivəsində işlənib hazırlanıb.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Gürcüstan da Avropa təhlükəsizliyinin əsas prinsipləri ilə bağlı bəyannaməyə qoşulub – Sənədi 40 ölkə imzalayıb
13.11.2026 13:53
36
Şalva Papuaşvili: “Gürcüstanın bağlantılılıq məsələsində rolunu azaltmaq cəhdi Brüssel bürokratiyasının xırda qisasıdır”
13.11.2026 13:48
53
Gürcüstan Penitensiar Xidmətinin keçmiş rəhbərliyinə və 5 məhbusa qarşı ittiham irəli sürülüb
13.11.2026 13:45
64
Antonio Koşta: “Aİ–Azərbaycan arasında yeni saziş üzrə danışıqların bərpası vətəndaşlarımız üçün yaxşı xəbərdir”
13.11.2026 10:33
90
İrakli Kobaxidze: “Cənubi Qafqaz və xüsusilə Gürcüstan Şərq istiqamətində yeganə quru qapısı olaraq qalır”
12.11.2026 17:36
157
Putin Kremldə Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşür
12.11.2026 17:34
150
Tornike Çeişvili: “‘Gürcü Arzusu’nun gürpərəst seçiciləri var, bizimlə sizin aranızdakı əsas fərq də budur – siz xaricə baxırsınız”
12.11.2026 15:16
76
Dünya birjalarında və Gürcüstanda qızılın qiyməti ucuzlaşıb – Bir qram qızıl neçəyədir?
12.11.2026 15:07
258
Gürcüstanda dizelin qiyməti ucuzlaşıb – Böyük yanacaqdoldurma şəbəkələrində qiymətlər açıqlanıb
12.11.2026 15:06
750


