06 
Iyl
2026
18:00
97

Rumıniyada Gürcüstanın səfiri vəzifəsindən azad edilib

Tamar Beruçaşvili Rumıniyada Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.

InterPress.ge xəbər verir ki, Gürcüstan hökuməti bununla bağlı müvafiq sərəncam imzalayıb və səfirin vəzifədən azad edilməsi barədə təqdimatı prezidentə göndərib.

Hökumətin sərəncamında Tamar Beruçaşvilinin vəzifədən azad edilməsinə səbəb kimi başqa dövlət qulluğuna keçməsi göstərilib.

Tamar Beruçaşvili müxtəlif illərdə Gürcüstanın xarici işlər naziri, xarici işlər nazirinin müavini, həmçinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri vəzifələrində çalışıb.

O, eyni zamanda Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də Qara dəniz məsələləri üzrə xüsusi tapşırıqlar səfiri vəzifələrini də icra edib.

Bizimlə əlaqə saxlayın