08 
Okt
2020
10:32
305

Parlament sədri: "Azərbaycanla ikitərəfli münasibətlər və strateji əməkdaşlığa toxunmur"

"Gürcüstan-Azərbaycan sərhəd delimitasiya-demarkasiya komissiyasının fəaliyyətinə dair araşdırma Azərbaycanla ikitərəfli münasibətlər və strateji əməkdaşlığa toxunmur".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə bildirib.

Talakvadzenin açıqlamasına görə, Azərbaycan Gürcüstanın strateji müttəfiqidir, olub, və olacaq. İstintaq çərçivəsində qurulan yeni şəraitlər iki ölkə arasındakı dostluq münasibətlərinə mənfi təsir göstərməyəcək.

“İstintaq çərçivəsində qurulan yeni şəraitlərlə əlbətdə ki, danışıqları davam etdirməyə və danışıqların əvvəlki mərhələsində komissiyalar arasında əldə edilmiş ilkin razılaşmaların yenidən nəzərdən keçirilməsinə çalışacağıq. Prokurorluq tərəfindən səsləndirilən başlanan istintaq, ittiham və işlənən cinayət ölkəmizin daxili işidir. Azərbaycan tərəfinə qarşı heç bir iddiamız ola bilməz və olmayacaq. Əvvəlcə komissiya daxilində nələrin baş verdiyini öyrənməliyik. 1945-ci ildə və daha sonra çıxarılan xəritələrin sərhədin demilitarizasiya-demarkasiya prosesində niyə istifadə olunduğuna dair çox çətin sualların cavabı verilməli, rəsmi olaraq razılaşdırılmış 1938-ci il xəritəsində isə milli maraqlar və mədəni irsin qorunması üçün daha ədalətli şərtlər qoyulub. Sərhəd demilitarizasiyası ilə bağlı danışıqlara davam etmədən əvvəl buna cavab verilməlidir ”, - dedi Arçil Talakvadze.

Məlumat üçün bildirək ki, prokurorluq Gürcüstan-Azərbaycan sərhəd delimitasiya-demarkasiya komissiyasının keçmiş sədri İveri Melaşvili və komissiya üzvü Natalya İlyçovanı həbs edib.

Bizimlə əlaqə saxlayın