26 
Iyn
2026
13:01
73

İnterpolun qırmızı bülleteni ilə axtarılan Türkiyənin iki vətəndaşı Gürcüstanda saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikasının iki vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının müraciəti əsasında müxtəlif ağır cinayətlərə görə beynəlxalq axtarışda olublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkum olunmuş şəxsləri həyata keçirilən istintaq tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Batumi şəhərində və Xelvaçauri bələdiyyəsində saxlayıblar.

Hazırda saxlanılan şəxslərlə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları davam etdirilir.

Bizimlə əlaqə saxlayın