25 
Iyn
2026
14:12
78

Maliyyə Nazirliyinin İstintaq Xidmətinə qəbul qaydaları dəyişdi – Yaş həddi genişləndirildi

Gürcüstan Parlamenti sürətləndirilmiş qaydada “Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, dəyişikliklərə əsasən, İstintaq Xidmətində işə qəbul üçün müəyyən edilmiş yaş tələbləri dəyişdirilib.

Yeni qaydalara görə, xidmətə qanunla və maliyyə nazirinin əmri ilə müəyyən edilmiş xüsusi ixtisas tələblərinə cavab verən, ən azı 18 yaşında (əvvəl 21 yaş), ən çox isə 40 yaşında (əvvəl 35 yaş) olan fəaliyyət qabiliyyətli Gürcüstan vətəndaşı qəbul edilə biləcək.

Qanunla yanaşı, xüsusi dövlət rütbəsi olan əməkdaşlar üçün xidmət müddətinin yuxarı yaş həddi də müəyyən edilib.

Belə ki, kiçik və orta xüsusi dövlət rütbəsinə malik əməkdaşlar üçün yaş həddi 60 yaş, böyük və ali xüsusi dövlət rütbəsinə malik əməkdaşlar üçün isə 65 yaş olaraq müəyyənləşdirilib.

Bundan əlavə, xidməti zərurət və müvafiq şərtlər mövcud olduqda, əməkdaşın xidmət müddətinin müəyyən edilmiş yaş həddindən sonra da maksimum 5 il müddətinə uzadılması mümkün olacaq.

Bizimlə əlaqə saxlayın