10 
Iyn
2026
12:11
226

Financial Times: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə Gürcüstandan kriptoplatformalar da daxil edilib

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketi Gürcüstanda fəaliyyət göstərən kriptoplatformaları da əhatə edir.

InterPress.ge xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Nəşrin avropalı rəsmilərə istinadən verdiyi məlumata görə, Rusiyaya qarşı Aİ-nin 21-ci sanksiyalar paketi banklara, neft ticarəti ilə məşğul olan şirkətlərə və kriptoplatformalara qarşı yeni məhdudiyyətləri nəzərdə tutur.

Yeni sanksiyalar paketinə 31 Rusiya bankı, üçüncü ölkələrdə fəaliyyət göstərən 20 neft ticarəti subyekti, eləcə də kripto şirkətləri və platformaları daxil edilib.

Rəsmilərin sözlərinə görə, həmin qurumlar sanksiyaya məruz qalan subyektlərə xidmət göstərməkdə və ya onlara Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərdən yan keçməkdə yardım etməkdə ittiham olunurlar.

"Bu siyahıya Qırğızıstan, Monqolustan və Hindistandan 4 bank, Belarus, Gürcüstan, Nigeriya, Panama, Birləşmiş Ərəb Əmirlikləri və Marşal adalarından 11 kriptoplatforma, həmçinin Birləşmiş Ərəb Əmirliklərindən 5 neft ticarəti şirkəti daxildir", – deyə avropalı rəsmilər nəşrə bildiriblər.

Xatırladaq ki, Ursula von der Leyen Rusiyaya qarşı 21-ci sanksiyalar paketini dünən təqdim edib.

Bizimlə əlaqə saxlayın