08 
Iyn
2026
09:39
90

İstanbulda Gürcüstan, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Bu gün, iyunun 8-də İstanbulda Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, üçtərəfli nazirlər görüşü çərçivəsində xarici işlər nazirlərinin birgə bəyanatı – İstanbul Bəyannaməsi imzalanacaq.

Nazirliyin açıqlamasında bildirilir ki, görüş çərçivəsində Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşdə regional əməkdaşlıq, nəqliyyat, enerji və digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın