Macarıstan Gürcüstan vətəndaşlarına iş vizalarının verilməsini dayandırır
Macarıstan hökuməti bu gündən etibarən Gürcüstan, Filippin və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.
InterPress.ge xəbər verir ki, bu barədə Reuters agentliyi Macarıstan hökumətinin sözçüsü Vanda Şondiyə istinadən məlumat yayıb.
Sözçünün bildirdiyinə görə, bu addım ölkəyə xarici işçi qüvvəsinin axınının tənzimlənməsi istiqamətində atılan ilk addımdır.
Onun sözlərinə görə, bu gündən hökumət şirkətlərə Filippin, Gürcüstan və Ermənistandan işçiləri sadələşdirilmiş qaydada cəlb etməyə imkan verən qərara dəyişiklik edəcək.
Bununla yanaşı, artıq Macarıstanda olan və işləyən şəxslər mövcud icazələrinin müddətinin uzadılması üçün müraciət edə biləcəklər.
Macarıstan hökuməti bu islahatları uzunmüddətli həll planının ilk mərhələsi kimi qiymətləndirir.
Xatırladaq ki, bundan əvvəl Baş nazir Peter Madyarın partiyası olan “Tisa” bəyan etmişdi ki, iyun ayından etibarən Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşlarına iş vizalarının verilməsi dayandırılacaq.


