02 
Iyn
2026
18:37
102

Hökumətin parlament katibinin müavini vəzifəsi ləğv edilir

Gürcüstanda hökumətin parlament katibinin müavini vəzifəsi ləğv olunacaq.

InterPress.ge xəbər verir ki, bununla bağlı “Parlament katibi haqqında” qanuna dəyişiklik layihəsi parlamentə təqdim edilib.

Layihəyə əsasən, hökumətin parlament katibinin müavini vəzifəsi ləğv edilir.

Hökumət Administrasiyasının izahına görə, bu vəzifənin mövcudluğu kifayət qədər əsaslandırılmayıb. Qeyd olunur ki, vəzifənin ləğvi həm büdcə xərclərinin optimallaşdırılması, həm də hökumətin parlament katibi ilə onun birbaşa tabeliyində olan struktur bölmə arasında koordinasiyanın səmərəliliyinin artırılması baxımından müsbət nəticələr verəcək.

Dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, parlament katibinin müavini institutu dövlət idarəçiliyi sistemindən çıxarılacaq.

Bizimlə əlaqə saxlayın