02 
Iyn
2026
13:00
161

Gürcüstan hökuməti: Aİ institutlarının formatları dayandırması Assosiasiya Sazişinin icrasını çətinləşdirir

Avropa Şurasının qərarları və daha sonra Avropa İttifaqının Gürcüstandakı səfirinin 5 noyabr 2025-ci il tarixli məktubu əsasında Aİ institutları Assosiasiya Sazişinin icrasına nəzarət və monitorinq üçün yaradılmış institusional formatların fəaliyyətini bütün səviyyələrdə dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət proqramlarının icrası ilə bağlı hesabatda qeyd olunub.

Sənədə əsasən, bu qərar Assosiasiya Sazişi çərçivəsində Gürcüstanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir.

Hesabatda bildirilir ki, buna baxmayaraq, Gürcüstan Avropa Komissiyasının 2023 və 2024-cü illər üzrə genişlənmə hesabatlarında yer alan tövsiyələrin icrası istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə ölkə qanunvericiliyinin Avropa Parlamenti və Şurasının 2006/123/EC Direktivinə mərhələli şəkildə uyğunlaşdırılması üçün idarələrarası işçi qrupun fəaliyyəti koordinasiya olunur.

Sənəddə qeyd olunur ki, Aİ qanunvericiliyinə uyğunlaşma prosesinin effektiv koordinasiyası və monitorinqi məqsədilə Gürcüstanın Avropa İttifaqına İnteqrasiya Komissiyasının 71-ci iclasının qərarı əsasında hüquqi uyğunlaşdırma üzrə elektron məlumat bazası fəaliyyət göstərir.

Bu bazada Gürcüstanın Avropa İttifaqı ilə imzaladığı Assosiasiya Sazişindən və digər beynəlxalq müqavilələrdən irəli gələn 600-dən çox hüquqi öhdəlik barədə məlumat yerləşdirilib.

Hökumətin hesabatına görə, hazırda Gürcüstan qanunvericiliyinin Avropa İttifaqı hüququna uyğunlaşdırılma səviyyəsi 80 faizə çatıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər