01 
Iyn
2026
12:37
120

Almaniyanın Gürcüstandakı səfiri: Tezliklə saytımızın yeni dizaynı olacaq və Gürcüstanla bağlı dəyişiklikləri görəcəksiniz

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında Gürcüstan Prezidenti kimi hələ də Salome Zurabişvilinin, xarici işlər naziri kimi isə İlia Darçiaşvilinin göstərilməsi ilə bağlı suala cavab verib.

InterPress.ge xəbər verir ki, səfirin sözlərinə görə, Almaniya Xarici İşlər Nazirliyinin veb-saytı yenilənəcək və yaxın vaxtlarda Gürcüstanla bağlı məlumatlarda dəyişikliklər görünəcək.

“Bəli, veb-sayt yenilənəcək. Tezliklə saytımızın yeni dizaynı olacaq və məntiqli müddət ərzində Gürcüstanla bağlı dəyişiklikləri görəcəksiniz. Bu barədə qeyri-müəyyən danışmağımın səbəbi odur ki, nə səfirlik, nə də mən saytın idarə olunmasına cavabdeh deyiləm. Mən sayta nəzarət etmirəm. Həmkarlarımla fikirlərimi bölüşə bilərəm, amma yekun qərarı mən vermirəm. Saytda da qeyd olunub ki, oradakı məlumatların tam dəqiqliyinə zəmanət verilmir. Düşünürəm ki, bu məsələ zamanla həllini tapacaq”, – deyə Peter Fişer bildirib.

Səfir həmçinin bunun texniki problem olub-olmaması ilə bağlı dəqiq məlumata malik olmadığını qeyd edib.

“Texniki məsələ olub-olmadığını bilmirəm. Həqiqətən bilmirəm, çünki bu məsələni dərindən araşdırmamışam”, – deyə o əlavə edib.

Məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin saytında Gürcüstan hakimiyyəti ilə bağlı məlumatların yenilənməsi tələbi ilə Gürcüstan Xarici İşlər Nazirliyi üç dəfə rəsmi nota göndərib.

İlk nota ötən ilin iyul ayında, ikinci nota bu ilin mart ayında, üçüncü nota isə 2026-cı il aprelin 28-də göndərilib. Buna baxmayaraq, Berlin saytında müvafiq dəyişiklikləri hələ həyata keçirməyib.

Qeyd olunur ki, eyni müddət ərzində Almaniya Xarici İşlər Nazirliyi öz saytında Rusiya ilə bağlı məlumatları yeniləyib. Saytda Rusiya haqqında son dəyişiklik 2026-cı ilin mart ayında qeydə alınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər