NATO rəsmisi: Ukrayna müdafiə texnologiyaları sahəsində real dünyanın ən yaxşı laboratoriyasıdır
NATO baş katibinin müavini Radmila Şekerinska Vilnüsdə keçirilən Şimali Atlantika Alyansının yaz sessiyasında çıxışı zamanı Ukraynanın müdafiə texnologiyaları baxımından real dünyanın ən yaxşı laboratoriyası olduğunu bildirib.
InterPress.ge xəbər verir ki, Şekerinska pilotsuz sistemlər, elektron müharibə və süni intellekt vasitəsilə hədəflərin müəyyənləşdirilməsi kimi istiqamətləri xüsusi qeyd edib.
“Ukrayna hazırda müdafiə texnologiyaları sahəsində ən qabaqcıl, real dünyanın laboratoriyasıdır. Pilotsuz sistemlər, elektron müharibə, süni intellektin köməyi ilə hədəflərin müəyyənləşdirilməsi və bir çox digər sahələr buna nümunədir”, – deyə NATO rəsmisi bildirib.
O, sessiya iştirakçılarının forumun imkanlarından yararlanaraq əməkdaşlıq ideyalarını müzakirə edəcəklərinə və daha sonra öz paytaxtlarına konkret təkliflərlə qayıdacaqlarına ümid etdiyini vurğulayıb.
“Ümid edirəm ki, bir çoxunuz foruma qoşulacaq, bu imkandan istifadə edəcək, əməkdaşlıq ideyalarını müzakirə edəcək və sonra öz paytaxtlarınıza konkret təkliflərlə qayıdacaqsınız. Bu, Ukrayna üçün də, NATO üçün də faydalı olacaq”, – deyə Radmila Şekerinska plenar iclasda çıxışı zamanı qeyd edib.


