İrakli Kobaxidze: Qoridə polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılığına müvafiq reaksiya veriləcək
İrakli Kobaxidze bildirib ki, Qoridə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vətəndaşlara qarşı tətbiq edilən zorakılıq faktına aidiyyəti dövlət qurumları tərəfindən müvafiq reaksiya veriləcək.
InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri kadrlarda əks olunan polis əməkdaşlarının hərəkətlərini “tamamilə qəbuledilməz” adlandırıb.
“Mən bu görüntüləri izlədim, bunlar tamamilə qəbuledilməz kadrlardır və əlbəttə ki, aidiyyəti dövlət qurumları bununla bağlı müvafiq reaksiya verməlidir və verəcək. Təbii ki, ictimaiyyət də məlumatlandırılacaq”, – deyə İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, bu gün Qorinin Kombinat qəsəbəsində iki nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalıb.
Hadisənin görüntüləri “Qarthlis Ambebi” tərəfindən sosial şəbəkədə yayılıb.
Öz növbəsində, Gürcüstan Prokurorluğu polis əməkdaşlarının zor tətbiq etməklə səlahiyyət həddini aşması faktı ilə bağlı istintaqa başlayıb.


