27 
May
2026
12:26
158

Gürcüstanda dövlət dilinin qorunması və inkişafı ilə bağlı işçi qrupu yaradılıb

Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsi çərçivəsində dövlət dilinin qorunması və inkişafının təşviqi üzrə işçi qrupu yaradılıb.

InterPress.ge xəbər verir ki, təşəbbüs komitənin sədri Mariam Laşxi tərəfindən təqdim olunub və komitə tərəfindən dəstəklənib.

Mariam Laşxinin sözlərinə görə, işçi qrupunun məqsədi gürcü ədəbi dilinin normalarının və terminoloji standartların qorunması, gürcü ədəbi dil normalarının rəqəmsallaşdırılmasının standartlaşdırılması, eləcə də “Dövlət dili haqqında” qanunun mümkün təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin təşkilindən ibarət olacaq.

İşçi qrupunun yaradılması məsələsinin müzakirəsi zamanı komitə üzvü Lado Kaxadze bildirib ki, məktəblərdə gürcü dili qrammatikası mütləq şəkildə geri qaytarılmalıdır.

“Dilimizin irs olaraq gələcək nəsillərə düzgün ötürülməsi təhlükə qarşısındadır. Gürcü sözü və məzmunu qoruyucu, müalicəedici, stimullaşdırıcı vasitədir və toplanmış biliklərin ötürülməsinin unikal üsuludur. Biz bunu bərpa etməliyik”, – deyə Lado Kaxadze bildirib.

Xatırladaq ki, “Dövlət dili haqqında” orqanik qanuna əsasən Gürcüstanda Dövlət Dil Departamenti fəaliyyət göstərir.

Qanuna əsasən, Dövlət Dil Departamenti dövlət dili üzrə vahid siyasəti həyata keçirən qurumdur və gürcü ədəbi dilinin normalarının müəyyənləşdirilməsi və tətbiqini təmin edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər