Gürcüstan Parlamentində “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik layihəsi irəli sürülüb. Dəyişikliklərə əsasən, Gürcüstanın xarici işlər naziri vəzifəsi ən yüksək diplomatik vəzifə kimi müəyyən edilə bilər.
InterPress.ge xəbər verir ki, layihəyə əsasən, Gürcüstanın xarici işlər nazirinə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi də mümkün olacaq.
Qanun dəyişiklikləri ilə ali diplomatik vəzifələrin siyahısı genişləndirilir.
Xarici işlər nazirinə ən yüksək diplomatik rütbənin verilməsi həmin şəxs üçün rütbəyə uyğun əlavənin – aylıq 1 360 lari məbləğində ödənişin təyin olunmasını nəzərdə tutur.
