ABŞ-da qadın “Facebook” paylaşımına görə saxlanıldı
ABŞ-ın Texas ştatında yaşayan Cenifer Kombs “Facebook” sosial şəbəkəsində paylaşdığı postdan sonra saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb. Məlumata görə, Cenifer Kombs paylaşımında Trinidad şəhərində içməli sudan istifadə etdikdən sonra sakinlərin xəstəxanaya yerləşdirildiyini yazıb.
Şəhərin su keyfiyyəti ilə bağlı problemlər barədə etdiyi paylaşım səbəbindən saxlanılan qadın daha sonra Trinidad şəhər rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırdığını açıqlayıb.
Onun sözlərinə görə, saxlanılması “siyasi qisas” xarakteri daşıyır.
Trinidad şəhərinin rəsmiləri şəhərdə su problemi olduğunu təsdiqləyiblər, lakin hər hansı sakinin xəstəxanaya yerləşdirilib-yerləşdirilmədiyi barədə dəqiq məlumat verməyiblər.


