21 
May
2026
14:45
192

AŞPA: Hazırda Gürcüstanda həqiqətən demokratik seçkilərin keçirilməsi üçün şərait yoxdur

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi bildirib ki, hazırda Gürcüstanda həqiqətən demokratik seçkilərin keçirilməsi üçün uyğun şərait mövcud deyil.

InterPress.ge xəbər verir ki, bu barədə AŞPA Monitorinq Komitəsinin yaydığı bəyanatda qeyd olunub. Komitənin qiymətləndirməsinə görə, buna səbəb demokratik müxalifətə, vətəndaş cəmiyyətinə və müstəqil mediaya davamlı təzyiqlər, eləcə də ölkədə mövcud olan kəskin sosial və siyasi qütbləşmədir.

Bəyanatda həmçinin “repressiv qanunvericiliyin” ləğvi tələb olunur. Söhbət Cinayət Məcəlləsinə, “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərin geri götürülməsindən gedir.

Komitə vətəndaş cəmiyyəti təşkilatlarına, onların rəhbərlərinə və müstəqil mediaya qarşı davam edən hücumları da pisləyib.

AŞPA Monitorinq Komitəsi bildirib ki, etiraz aksiyaları zamanı polis zorakılığı və digər insan hüquqları pozuntuları ilə bağlı etibarlı araşdırmalar aparılmayıb.

Bəyanatda xüsusi narahatlıq doğuran məsələlərdən biri kimi Tbilisidə keçirilən etiraz aksiyasının dağıdılması zamanı qadağan olunmuş kimyəvi maddələrin istifadəsi ilə bağlı yayılan məlumatlar göstərilib.

Komitə Gürcüstan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını və ATƏTin “Moskva mexanizmi” çərçivəsində verilmiş tövsiyələri tam şəkildə yerinə yetirməyə çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər