19 
May
2026
12:29
155

İrakli Kobaxidze: Vahid Milli Hərəkatın köhnəlmiş simalarının uğur perspektivi yoxdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifətin bugünkü liderlərinin uğur qazanmaq perspektivi yoxdur.

InterPress.ge xəbər verir ki, Baş nazir bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə jurnalistin sualını cavablandırarkən danışıb.

Kobaxidzenin sözlərinə görə, müxalifət davamlı olaraq yüksək gözləntilər yaradır, lakin sonradan öz tərəfdarlarının ümidlərini puça çıxarır.

“Hər kəs 4 oktyabr hadisələrini və ondan əvvəl baş verən prosesləri xatırlayır. Onlar daim böyük vədlər verirlər, gözləntiləri artırırlar, sonra isə öz tərəfdarlarını məyus edirlər. Məhz buna görə onların dəstəkçilərinin sayı aydan-aya, ildən-ilə azalır”, – deyə Baş nazir bildirib.

İrakli Kobaxidze xüsusilə müxalifət liderlərini tənqid edib.

“Sadəcə liderlərə baxın – ‘Vahid Milli Hərəkat’ın eyni köhnəlmiş simalarıdır. Təbii ki, bu simaların hansısa uğur qazanmaq perspektivi yoxdur”, – deyə o qeyd edib.

Baş nazirin sözlərinə görə, ölkədə müxalifətin Qvaramiya, Caparidze, Vaşadze kimi siyasətçilərlə təmsil olunması Gürcüstanda demokratik sistemin sağlam inkişafına mane olur.

Kobaxidze bildirib ki, hakimiyyət Konstitusiya Məhkəməsinə təqdim olunan iddiaya xüsusi diqqət yetirəcək.

“Belə qeyri-sağlam, anti-dövlətçi qüvvələr və agentura üçün sağlam demokratik məkanda yer olmamalıdır. Buna görə də ölkədə siyasi sistemin sağlamlaşdırılması müvafiq konstitusion və demokratik prosedurlar əsasında təmin edilməlidir”, – deyə Baş nazir vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər