18 
May
2026
18:06
224

İrakli Kobaxidze: 26 may aksiyası əvvəlkilər kimi uğursuz olacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin mayın 26-na planlaşdırdığı aksiyanın uğursuz olacağını bildirib.

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu barədə jurnalistlərə açıqlamasında danışıb. Baş nazir qeyd edib ki, əvvəlki bütün “testlər” uğursuz olduğu kimi, bu aksiya da nəticəsiz qalacaq.

“Bu test də uğursuz olacaq. Əvvəlki bütün testlər necə uğursuz oldusa, bunun da heç bir perspektivi yoxdur. 26 may bütün sağlam siyasi və qeyri-siyasi qüvvələr üçün milli konsolidasiya günü olmalıdır. Belə bir gündə cəmiyyətə parçalanma gətirməyə çalışırsansa, təbii ki, bunun heç bir uğuru olmayacaq”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, cəmiyyəti parçalamağa və insanları çaşdırmağa çalışan qüvvələr Gürcüstanda uğur qazana bilməyəcəklər.

“Gürcü cəmiyyəti müstəqilliyin bərpasından sonra çox sürətlə inkişaf edir, milli şüur sürətlə formalaşır. Belə şəraitdə cəmiyyəti parçalamağa və insanları aldatmağa yönəlmiş qüvvələrin uğur qazanması mümkün deyil. Onlar gürcü cəmiyyətini çaşdıra bilməyəcəklər”, – deyə Baş nazir vurğulayıb.

İrakli Kobaxidze əlavə edib ki, müxalifət daxilində müşahidə olunan parçalanma onların zəifliyinin göstəricisidir.

“Bunlar tamamilə zəifləmış siyasi qüvvələrdir. Onlar öz keçmişləri və hazırkı proseslərlə özlərini zəiflətdilər. Bu birliyin ümumilikdə uğur qazanmaq üçün heç bir resursu yoxdur. Bu, çox ağır keçmişə malik siyasi qüvvələrin birliyidir və belə bir keçmişlə Gürcüstan kimi cəmiyyətdə uğurlu olmaq mümkün deyil”, – deyə Kobaxidze qeyd edib.

Baş nazirin sözlərinə görə, müxalifət alyansında açıq görünən daxili fikir ayrılıqları da həmin zəifliyin bariz nümunəsidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər