Marneulidə Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konfrans keçirilib
Marneulidə yerləşən Azərbaycan Evində Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konfrans keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir “Yeni Nəsilin Liderləri” və Azərbaycan Diaspor Gəncləri təşəbbüsü tərəfindən təşkil olunub.
Konfrans “Yeni Nəsilin Liderləri” təşəbbüs qrupunun rəhbəri Emil Allahverdiyev və Azərbaycan Diaspor Gənclərinin üzvü Türkan Kazımlının təşkilatçılığı ilə baş tutub.
Konfrans zamanı Heydər Əliyevin həyatı, gənclik illəri, liderlik fəaliyyəti, dövlətçilik irsi və Gürcüstanla əlaqələri barədə iştirakçılara geniş məlumat verilib.
Həmçinin tədbir çərçivəsində Sultan Süleyman Novruzov tərəfindən hazırlanan “Bütün bir dövlətin yenidən doğuş hekayəsi” adlı videoçarx nümayiş etdirilib.
Bildirilib ki, konfransın əsas məqsədi gənclər arasında tarixi biliklərin artırılması və liderlik dəyərlərinin gücləndirilməsidir.







