15 
May
2026
15:00
439

Qardabanidə baş verən ağır qəzada yaralanan gənc də həyatını itirdi

Qardabanidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan gənc xəstəxanada dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, bu barədə Rustavi Mərkəzi Xəstəxanasının direktoru Papuna Baxtadze açıqlamasında bildirib. Onun sözlərinə görə, yaralıya cərrahi müdaxilə və əməliyyat həyata keçirilib, daha sonra travmatologiya şöbəsində müalicəsi davam etdirilib, lakin axşam saatlarında həyatını itirib.

“Pasiyentə cərrahi müdaxilə və əməliyyat aparıldı, müvafiq prosedurlar travmatologiya şöbəsində davam etdirildi. Əməliyyatlardan sonra axşam saatlarında vəfat etdi”, – deyə Papuna Baxtadze bildirib.

Qeyd edək ki, Qardabanidə baş verən yol qəzası nəticəsində bu şəxslə yanaşı daha 7 nəfər həyatını itirib. Beləliklə, faciə nəticəsində ölənlərin sayı 8 gəncə çatıb.

Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil ağaca çırpılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutan 276-cı maddəsinin 8-ci hissəsi ilə araşdırma başlanıb.

Bizimlə əlaqə saxlayın