15 
May
2026
14:57
437

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün imtahan qeydiyyatı prosesi sadələşdirilir

Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi sürücülük vəsiqəsi almaq istəyən və müəyyən edilmiş 365 günlük müddəti yaxın zamanda başa çatan namizədlər üçün imtahan qeydiyyatı prosesini sadələşdirir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat yayıb. Bildirilib ki, 365 günlük müddəti yaxın zamanda başa çatan sürücülük namizədləri Agentliyin qaynar xətti (1272) vasitəsilə məlumat təqdim edərək imtahanda iştirak imkanından yararlana bilərlər.

Bununla yanaşı, Agentlik praktiki imtahanın qeydiyyat qaydalarını da izah edib. Qeyd olunub ki, qeydiyyat son imtahan cəhdindən keçən müddətə əsasən müəyyən edilir.

Məlumata görə, planlı qeydiyyat son imtahandan 30 gündən artıq vaxt keçən namizədlərə şamil olunur.

Plansız qeydiyyat isə son imtahandan 30 gündən az vaxt keçən namizədlərə aid edilir.

Bizimlə əlaqə saxlayın