Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Təhsil haqqında qanuna yenidən dəyişiklik edilir

735
Təhsil haqqında qanuna yenidən dəyişiklik edilir
Dinləmək üçün basın

2025-ci il dekabrın 17-dək ali təhsil müəssisələrinə qəbul olunan tələbələr 2030-2031-ci tədris ili daxil olmaqla yalnız artıq əldə etdikləri maliyyələşməni saxlamayacaq, həm də onu əldə etmək və artırmaq imkanına malik…

2025-ci il dekabrın 17-dək ali təhsil müəssisələrinə qəbul olunan tələbələr 2030-2031-ci tədris ili daxil olmaqla yalnız artıq əldə etdikləri maliyyələşməni saxlamayacaq, həm də onu əldə etmək və artırmaq imkanına malik olacaqlar.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstan hökuməti, konkret olaraq Təhsil və Elm Nazirliyi parlamentə “Ali təhsil haqqında” qanuna 2025-ci ilin dekabrında edilmiş dəyişikliklərə yenidən düzəliş edilməsi təşəbbüsü ilə müraciət edib.

Məsələ parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunacaq.

Qeyd edək ki, “Ali təhsil haqqında” qanuna edilmiş və 2025-ci il dekabrın 17-dən qüvvəyə minmiş dəyişikliklər nəticəsində qrant maliyyələşdirmə sistemi ləğv olunub. Qrant sistemi hökumət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrində təhsilin tam şəkildə dövlət tərəfindən maliyyələşdirilməsi modeli ilə əvəz edilib.

Eyni zamanda, 2025-ci ilin dekabr qanununa əsasən, 2026-cı ilə qədər ali təhsil müəssisələrinə qəbul olunmuş və maliyyələşmə əldə etmiş tələbələrin təhsil haqları dövlət tərəfindən 2030-2031-ci tədris ili daxil olmaqla, əvvəlki həcmdə və şərtlərlə maliyyələşdirilməyə davam edəcək.

Təhsil və Elm Nazirliyinin açıqlamasına görə, qanundakı mövcud qeyd yalnız tələbələrin artıq əldə etdikləri maliyyələşmənin qorunmasını nəzərdə tutur. Nazirlik bildirir ki, bu isə yeni qanun qüvvəyə minməzdən əvvəl universitetə qəbul olunmuş, məsələn, qismən qrantla və ya qrant olmadan təhsil alan və tələbə qrant müsabiqələri vasitəsilə maliyyələşmə əldə etmək və ya onu artırmaq üçün legitim gözləntiləri olan şəxslərin maraqlarını nəzərə almır.

Nazirlikdən bildirilib ki, parlamentə təqdim olunan yeni qanun layihəsi tələbələrin dövlət qrant müsabiqələrində iştirakını, sosial proqramlardan yararlanmasını, eləcə də xarici ölkə vətəndaşlarının müəyyən olunmuş qaydada maliyyələşmə alma imkanlarını tam şəkildə təmin edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →