09 
May
2026
15:50
203

Laqodexidə qadını güllələyən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Laqodexi Rayon İdarəsinin əməkdaşları qəsdən adamöldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Laqodexi bələdiyyəsində əvvəlki münaqişə zəminində ov tüfəngindən atəş açaraq qadını yaralayıb və hadisə yerindən qaçıb.

Nazirliyin məlumatına görə, yaralanan qadın tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində şübhəli şəxsi “isti izlərlə” saxlayıblar.

Polis cinayətin törədildiyi ov tüfəngini maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın