Gürcüstanın Ombudsman Aparatına ötən il diskiriminasiya ilə bağlı 155 şikayət daxil olub.
İnterPress.ge xəbər verir ki, bunu insan haqları üzrə müvəkkil Nino Lomcaria bildirib.
Onun sözlərinə görə, şikayətlərin 14%-i dini, 4%-i isə etnik zəmində ayrı-seçkiliklə bağlı olub.
Ombudsman deyib ki, illik müqayisədə dini zəmində diskriminasiya halları ilə bağlı müraciətlər azalıb, etnik ayrı-seçkiliklə bağlı isə artıb: “2018-ci ildə dini zəmində şikayətlərin göstəricisi 11%, etnik zəmində isə 8% təşkil edib”.
N.Lomcaria qeyd edib ki, diskriminasiya ilə bağlı şikayətlərin 61%-i dövlət, 39%-i isə özəl sektorun payına düşüb.(report)
.jpg)