08 
May
2026
09:29
190

ABŞ İranın hərbi obyektlərini bombaladığını açıqlayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı ABŞ qüvvələrinin İranın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, yayılan məlumata əsasən, hücumlar Hörmüz boğazından keçən Amerika hərbi gəmilərinə qarşı raket, pilotsuz uçuş aparatları və kiçik qayıqlarla həyata keçirilən “qeyri-proporsional” hücumlara cavab olaraq təşkil olunub.

ABŞ Mərkəzi Komandanlığının bəyanatında bildirilib ki, ABŞ qüvvələri İranın “təxriksiz hücumlarını” dəf edib və müdafiə məqsədilə cavab zərbələri endirib.

Məlumata görə, hədəfə alınan İran obyektləri arasında raket və dron buraxılış məntəqələri, komanda-idarəetmə mərkəzləri, eləcə də kəşfiyyat və müşahidə obyektləri olub.

İran dövlət mediasının məlumatına əsasən, Keşm adasında yerləşən Bəhmən limanı yaxınlığındakı kommersiya obyektləri İran təhlükəsizlik qüvvələri ilə “düşmən” arasında qarşılıqlı atəşə məruz qalıb.

ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, Vaşinqton eskalasiyaya çalışmır, lakin Amerika qüvvələrinin müdafiəsinə hazırdır.

Bizimlə əlaqə saxlayın