07 
May
2026
11:07
113

Kaxetidə quldurluq ittihamı ilə bir nəfər saxlanılıb

Kaxetidə polis quldurluq ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 1984-cü il təvəllüdlü L.M. Dedoplistskaro bələdiyyəsinin kəndlərindən birində tanışı olan 1946-cı il təvəllüdlü Ş.E.-nin evinə gedərək ona ölüm hədəsi gəlib və fiziki zor tətbiq etməklə pul tələb edib.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs niyyətini sona çatdıra bilməyib və hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində şübhəli şəxs “isti izlərlə” saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın