Kaxetidə qətldə təqsirləndirilən şəxs saxlanılıb
Kaxetidə polis qəsdən adam öldürmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıb.
InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 1990-cı il təvəllüdlü N.T. Qurcaani bələdiyyəsində baş vermiş münaqişə zəminində qonşusu – 1990-cı il təvəllüdlü A.M.-ə odlu silahla atəş açaraq onu yaralayıb və hadisə yerindən qaçıb.
Ağır yaralanan gənc hadisə yerində həyatını itirib.
Polis əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsi cinayəti törətdikdən qısa müddət sonra “isti izlərlə” saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 236-cı maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


