06 
May
2026
16:32
472

Gürcüstanda yanacaq yenidən bahalaşdı - QİYMƏTLƏR

Gürcüstanda müxtəlif yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti son bir həftə ərzində yenidən artıb.

InterPress.ge xəbər verir ki, BPN-in yaydığı məlumata əsasən, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son bir həftədə əlavə olaraq 10-30 tetri bahalaşıb.

Məlumata görə, Yaxın Şərqdə müharibənin başlamasından bu günə qədər Gürcüstanda yanacağın qiyməti ümumilikdə 47 tetri ilə 1,24 lari arasında artıb.

“Gulf” şəbəkəsində son bir həftədə qiymətlər 10-30 tetri artıb, martın 7-dən etibarən isə bahalaşma 66 tetri ilə 1,24 lari arasında dəyişib. Hazırda:

• G-Force Super – 4,19 lari,

• G-Force Premium – 3,79 lari,

• G-Force Euro Regular – 3,65 lari,

• Euro Regular – 3,63 lari,

• G-Force Euro Dizel – 4,37 lari,

• Euro Dizel – 4,27 lari təşkil edir.

“Wissol” şəbəkəsində son bir həftədə qiymətlər 10-17 tetri artıb, martın 7-dən bu yana isə bahalaşma 64 tetri ilə 1,16 lari arasında olub. Hazırda:

• Eko Super – 4,18 lari,

• Eko Premium – 3,78 lari,

• Eko Dizel – 4,39 lari,

• Euro Dizel – 4,34 lari,

• Euro Regular – 3,63 lari təşkil edir.

“Socar” yanacaqdoldurma məntəqələrində son bir həftədə qiymətlər 10-22 tetri artıb, martın 7-dən etibarən isə bahalaşma 47 tetri ilə 1,16 lari arasında dəyişib. Hazırda:

• Nano Super – 4,02 lari,

• Nano Premium – 3,65 lari,

• Nano Euro Regular – 3,49 lari,

• Euro 5 Dizel – 4,14 lari,

• Nano Euro 5 Dizel – 4,24 lari təşkil edir.

“Rompetrol” şəbəkəsində son bir həftədə qiymətlər 16-23 tetri artıb, martın 7-dən isə artım 55 tetri ilə 1,17 lari arasında olub. Hazırda:

• Efix Super – 4,22 lari,

• Efix Euro Premium – 3,78 lari,

• Euro Regular – 3,59 lari,

• Efix Euro Dizel – 4,32 lari,

• Euro Dizel – 4,27 lari təşkil edir.

“Portal” şəbəkəsində isə son bir həftədə qiymətlər 10 tetri artıb, martın 7-dən etibarən isə bahalaşma 55 tetri ilə 1,10 lari arasında dəyişib. Hazırda:

• Super – 3,59 lari,

• Premium – 3,49 lari,

• Euro Regular – 3,29 lari,

• Euro Dizel – 4,09 lari,

• Effektiv Dizel – 3,79 lari təşkil edir.

Xatırladaq ki, fevralın 28-dən etibarən Yaxın Şərqdə baş verən hadisələr səbəbindən Hörmüz boğazı vasitəsilə daşınmalarda problemlər yaranıb. Dünya neft ehtiyatlarının təxminən beşdə biri məhz bu marşrut vasitəsilə bazara çatdırılır.

Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazı tam açılsa belə, neft tədarük zəncirinin normallaşması aylarla davam edə bilər və bu da qlobal enerji bazarlarında qiymətlərə təzyiqi qoruyub saxlayacaq.

 

Bizimlə əlaqə saxlayın