Almaniyada federal hökumətdən narazılıq rekord həddə çatıb
Almaniyada federal hökumətin fəaliyyətindən narazı olanların sayı rekord səviyyəyə yüksəlib. Ölkə əhalisinin böyük əksəriyyəti hökumətin fəaliyyətini mənfi qiymətləndirir.
InterPress.ge xəbər verir ki, Almaniyada keçirilən yeni Forsa/RTL və n-tv sorğusunun nəticələrinə əsasən, “Federal hökumətin indiyədək fəaliyyətindən razısınızmı?” sualına respondentlərin 87 faizi mənfi cavab verib.
Sorğunun nəticələrinə görə, federal hökumətin fəaliyyətini müsbət qiymətləndirənlərin sayı cəmi 11 faiz təşkil edib, respondentlərin 2 faizi isə suala cavab verməyib.
X sosial şəbəkəsində yayımlanan məlumatlardan sonra nəticələr sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu ironik şəkildə “Mertsin qalaktik rekordu” adlandırıblar.


