04 
May
2026
10:18
125

İrakli Kobaxidze: Gürcüstan Avropa ilə region arasında mühüm əlaqələndirici rol oynayır

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa Siyasi Birliyinin sammitində artıq beşinci dəfə iştirak edir və bu platformanı həm çıxış, həm də ikitərəfli görüşlər üçün istifadə edəcək.

InterPress.ge xəbər verir ki, baş nazir bu barədə Ermənistanda jurnalistlərə açıqlamasında deyib. O, hazırda Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edir.

Kobaxidzenin sözlərinə görə, sammit çərçivəsində keçiriləcək dəyirmi masa formatı ona Avropa liderlərinə müraciət etmək imkanı verəcək.

Baş nazir vurğulayıb ki, Cənubi Qafqaz regionunun, xüsusilə də Gürcüstanın rolu strateji baxımdan mühümdür. Onun sözlərinə görə, Gürcüstan iqtisadi və ticarət baxımından yeddi ölkəni Qara dəniz və Qərb ilə birləşdirir.

“Gürcüstanın əlaqələndiricilik baxımından Avropa üçün böyük əhəmiyyəti var və bu məsələlər sammit çərçivəsində əsas müzakirə mövzularından biri olacaq”, – deyə Kobaxidze qeyd edib.

Bizimlə əlaqə saxlayın