03 
May
2026
13:36
382

Avtomobil oğurluğuna görə 14 yaşlı yeniyetmə saxlanılıb

Gürcüstanın Tbilisi şəhərində avtomobil oğurluğu faktı ilə bağlı azyaşlı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tbilisi Polis Departamentinin yetkinlik yaşına çatmayanlarla iş üzrə baş idarəsinin əməkdaşları 2012-ci il təvəllüdlü yeniyetməni avtomobil oğurluğu ittihamı ilə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs gizli şəkildə, qanunsuz mənimsəmə məqsədilə vətəndaşa məxsus “Ford” markalı avtomobili ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

Nazirliyin məlumatına əsasən, həmin yeniyetmə əvvəllər də – hələ cinayət məsuliyyəti yaşına çatmamış dövrdə – təxminən 30 avtomobil qaçırma faktında ifşa olunub.

Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində azyaşlı saxlanılıb, oğurlanmış avtomobil isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın