02 
May
2026
11:53
137

“Exo Kavkaza” layihəsi fəaliyyətini dayandırdı – RFE/RL açıqlama yaydı

Radio Free Europe/Radio Liberty-nin layihəsi olan “Exo Kavkaza” fəaliyyətini dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilib.

Məlumata görə, qurum gələcək çağırışlara uyğunlaşmaq məqsədilə struktur islahatlarına başlayıb. Bu çərçivədə “Exo Kavkaza” layihəsi 1 may tarixindən etibarən fəaliyyətini rəsmi şəkildə başa vurub.

Qeyd olunur ki, “Exo Kavkaza” Radio Free Europe/Radio Liberty-nin Gürcüstan xidmətinin rusdilli bölməsi idi və əsasən Abxaziya və Cənubi Osetiyanın işğal olunmuş ərazilərində yaşayan auditoriyaya xidmət göstərirdi.

Təşkilatın açıqlamasında bildirilib ki, gürcüdilli yayım davam etdiriləcək. Eyni zamanda, rusdilli auditoriya üçün yeni proqram bölməsi yaradılacaq və bu platforma vasitəsilə işğal olunmuş bölgələrdə baş verən mühüm hadisələr işıqlandırılacaq.

Qeyd edək ki, martın 31-də Radio Free Europe/Radio Liberty Bolqarıstan, Rumıniya və Şimali Makedoniyada fəaliyyət göstərən xidmətlərini də bağlayıb.

Bizimlə əlaqə saxlayın