Bu tarixindən hava pisləşəcək - Proqnoz
Gürcüstanda 2–6 may tarixlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi bölgələrdə isə güclü yağışın müşahidə ediləcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühit üzrə Milli Agentliyi məlumat yayıb.
Məlumata əsasən, qeyd olunan günlərdə bəzi ərazilərdə şimşək çaxması, dolu düşməsi və küləyin güclənməsi ehtimal olunur. Yüksək dağlıq zonalarda isə qar uçqunu təhlükəsi gözlənilir.
Agentlikdən bildirilib ki, intensiv yağıntılar çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda sel hadisələrinə, eləcə də dağlıq və təpəlik ərazilərdə sürüşmə və palçıq seli proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər.
Qeyd olunur ki, mövcud risk səviyyəsi orta olaraq qiymətləndirilir.


