01 
May
2026
12:26
129

Şota Berekaşvili: Qiymətlərin inzibati tənzimlənməsi daha çox problem yarada bilər

Qiymətlərin tənzimlənməsi üzrə parlament komissiyası bazara aqressiv müdaxilə və qiymətlərin inzibati qaydada müəyyənləşdirilməsinin riskli olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə komissiyanın sədri Şota Berekaşvili yekun hesabatın təqdimatı zamanı açıqlama verib.

Onun sözlərinə görə, komissiyanın tövsiyəsi bazara daha yumşaq və balanslı müdaxilənin tətbiq edilməsidir.

“Bizim tövsiyəmiz daha çox yumşaq müdaxilədir, nəinki aqressiv müdaxilə və qiymətlərin inzibati tənzimlənməsi. Çünki bu, faydadan çox problem yarada bilər”, – deyə Şota Berekaşvili bildirib.

Berekaşvilinin sözlərinə görə, komissiyanın hazırladığı yekun sənəd üç əsas istiqamətə əsaslanır. Birinci istiqamət orta müddətli – 6-9 aylıq dövrü əhatə edən sistemli transformasiyanı nəzərdə tutur və bu proses ədalətsiz ticarət praktikalarına dair Avropa təcrübəsinə əsaslanacaq.

O qeyd edib ki, sənəddə Estoniya, Litva, Latviya, İspaniya və Niderland kimi ölkələrin modelləri də nəzərə alınıb.

Komissiya sədri əlavə edib ki, sənəd ümumi strateji yanaşmaları əks etdirir və icraedici hakimiyyət tərəfindən daha detallı işlənəcək.

Onun sözlərinə görə, uzunmüddətli strategiya təchizat zəncirinin qısaldılmasını, yerli istehsalın dəstəklənməsini və özəl etiketli məhsulların inkişafını nəzərdə tutur.

Berekaşvili vurğulayıb ki, beynəlxalq təcrübə göstərir ki, bazara sərt müdaxilədən daha çox, mərhələli və düşünülmüş addımlar daha effektiv nəticə verir.

Bizimlə əlaqə saxlayın