Acarıstan hökuməti təsdiqləndi – Zurab Pataradze sədr seçildi
Acarıstan Muxtar Respublikasının hökuməti təsdiqlənib.
InterPress.ge xəbər verir ki, Acarıstan Ali Şurası səsvermə nəticəsində Zurab Pataradzeni hökumət sədri vəzifəsinə, həmçinin nazirlər kabinetinin üzvlərini təsdiqləyib.
Yeni kabinetdə aşağıdakı şəxslər təyin olunub:
Səhiyyə və sosial müdafiə naziri – Nino Nijaradze,
Təhsil və idman naziri – Maya Xajişvili,
Mədəniyyət naziri – Eliso Bolkvadze,
Kənd təsərrüfatı naziri – Denis Salukvadze,
Maliyyə və iqtisadiyyat naziri – Ednar Nataridze.
Səsvermədən əvvəl Zurab Pataradze deputatlara fəaliyyət proqramını təqdim edib və onların suallarını cavablandırıb.
O bildirib ki, regionda başlanmış bütün mühüm layihələr davam etdiriləcək. Prioritetlər sırasında səhiyyə, təhsil, idman, mədəniyyət və turizmin inkişafı xüsusi yer tutur.
Pataradzenin sözlərinə görə, o, siyasi komanda ilə birlikdə regionun inkişafı istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Qaxaria Gürcüstan üçün” partiyasının nümayəndələri səsvermədə iştirak etməyiblər.


