Mixeil Kavelaşvili Acarıstan hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb
Gürcüstan prezidenti Mixeil Kavelaşvili Acarıstan Muxtar Respublikasının hökumət sədri vəzifəsinə yeni namizəd təqdim edib.
InterPress.ge xəbər verir ki, prezident bu vəzifəyə Zurab Pataradzenin namizədliyini irəli sürdüyünü açıqlayıb.
Kavelaşvilinin sözlərinə görə, qərar Acarıstan Ali Şurasında təmsil olunan siyasi subyektlərlə məsləhətləşmələr və baş nazirin razılığı əsasında qəbul olunub.
Prezident qeyd edib ki, Pataradze dövlət qulluğunda uzun illər təcrübəyə malikdir və diplomatik sahədə uğurlu fəaliyyət göstərib. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Bildirilib ki, Zurab Pataradze 2016–2018-ci illərdə də Acarıstan hökumətinin sədri olub və həmin dövrdə regionda bir sıra mühüm layihələr həyata keçirilib.
Prezident əlavə edib ki, Pataradze Acarıstandandır və regionun ehtiyaclarını yaxşı bilir.
Kavelaşvili eyni zamanda əvvəlki hökumət sədri Sulxan Tamazaşviliyə fəaliyyətinə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Sulxan Tamazaşvilini daxili işlər naziri vəzifəsinə təyin edib.


