İrakli Kobaxidze: Qiymətlərin tənzimlənməsi ilə bağlı plan gələn ay açıqlanacaq - SƏS
Gürcüstanın baş naziri İrakli Kobaxidze qiymətlərin tənzimlənməsi üzrə parlament komissiyasının işi barədə açıqlama verib.
InterPress.ge-nin məlumatına görə, Kobaxidze bildirib ki, komissiyanın nəticələri və fəaliyyət planı gələn ayın əvvəlində ictimaiyyətə təqdim olunacaq.
Onun sözlərinə görə, iş prosesi ayın sonuna qədər tamamlanacaq və bundan sonra əldə olunan nəticələr açıqlanacaq.
“İş prosesi ayın sonuna qədər başa çatacaq. Bundan sonra cəmiyyətə nəticələrimizi və planımızı təqdim edəcəyik. Bu, gələn ayın əvvəlində baş verəcək”, – deyə baş nazir qeyd edib.
Kobaxidze əlavə edib ki, hazırlanacaq hesabatda mövcud qiymət vəziyyətinin nə dərəcədə sağlam olduğu və onun necə yaxşılaşdırıla biləcəyi ilə bağlı ətraflı məlumat yer alacaq.


