23 
Apr
2026
12:27
144

İrakli Kobaxidze: Marko Rubio ilə söhbət müsbət atmosferdə keçdi

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibi ilə telefon danışığına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Kobaxidze Marko Rubio ilə baş tutan danışığın məzmununun qapalı olduğunu və detalları ictimaiyyətə açıqlaya bilməyəcəyini deyib.

Onun sözlərinə görə, söhbət “sağlam və müsbət tonallıqda” keçib və bütün mövzular konstruktiv şəkildə müzakirə olunub.

Baş nazir qeyd edib ki, Gürcüstan üçün münasibətlərin yenilənməsinin əsas meyarı strateji tərəfdaşlığın bərpasıdır.

“Bu zəng barədə detallı danışa bilmərəm, çünki qapalı idi. Amma deyə bilərəm ki, çox sağlam və müsbət tonlu müzakirə apardıq. Münasibətlərin yenilənməsi üçün əsas ölçü strateji tərəfdaşlığın bərpasıdır”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Marko Rubio martın 30-da İrakli Kobaxidze ilə telefon danışığı aparıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Cənubi Qafqaz və Qara dəniz regionunda təhlükəsizlik də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər