Qalibaf: Atəşkəs yalnız blokada aradan qaldırılarsa məna kəsb edir
İran parlamentinin spikeri Mohammad-Baqer Qalibaf atəşkəs məsələsi ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, Qalibaf sosial şəbəkədə paylaşımında bildirib ki, tam atəşkəs yalnız dəniz blokadası dayandırıldığı və qlobal iqtisadiyyatın “girov götürülməsi” başa çatdığı halda məna daşıyır.
Onun sözlərinə görə, həmçinin “sionist müharibəsinin təhriki” bütün istiqamətlərdə dayandırılmalıdır.
Qalibaf vurğulayıb ki, mövcud şəraitdə Hörmüz boğazınin yenidən açılması mümkün deyil.
“Belə açıq şəkildə atəşkəsin pozulduğu şəraitdə Hörmüz boğazının açılması mümkün deyil”, – deyə o qeyd edib.
İran parlamentinin spikeri əlavə edib ki, vəziyyətdən çıxışın yeganə yolu İran xalqının hüquqlarının tanınmasıdır.
“Onlar nə hərbi aqressiya ilə, nə də təzyiqlə məqsədlərinə çata bildilər. Yeganə yol İran xalqının hüquqlarının tanınmasıdır”, – deyə Qalibaf bildirib.


