Pentaqonda kadr dəyişikliyi: Hegset ABŞ Hərbi Dəniz Qüvvələrinin katibini vəzifədən azad etdi
ABŞ-də növbəti yüksək səviyyəli kadr dəyişikliyi baş verib.
InterPress.ge xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Hegset Hərbi Dəniz Qüvvələrinin katibi Con Felanni vəzifəsindən azad edib.
Pentaqonun məlumatına görə, Felan vəzifəsini dərhal tərk edib, lakin onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb.
Məlumata görə, son dövrlərdə Hegset ilə Felan arasında münasibətlər gərginləşmişdi. Mənbələrin bildirdiyinə görə, tərəflər bir sıra məsələlərdə, xüsusilə gəmiqayırma siyasəti ilə bağlı fikir ayrılığı yaşayırdı.
Qeyd olunur ki, Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini müvəqqəti olaraq Felanın müavini Hank Çao icra edəcək.
Bu istefa Pentaqonda son həftələrdə baş verən mühüm kadr dəyişikliklərindən biri hesab olunur. Belə ki, ayın əvvəlində Pit Hegset ABŞ ordusunun baş qərargah rəisi Rendi Corcu da vəzifədən azad etmişdi.


