Marneulidə bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanıldı
Marneuli rayonunda baş verən ağır xəsarət yetirmə faktı ilə bağlı bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları 2005-ci il təvəllüdlü İ.Q.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində baş verən mübahisə zamanı soyuq silahdan istifadə edərək 1992-ci il təvəllüdlü F.K.-ya ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.
Yaralı şəxs tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


