Ailədaxili zorakılıq və təhdid – bir nəfər saxlanılıb
Gürcüstanda ailə üzvünə qarşı zorakılıq və hədələmə faktı ilə bağlı bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatına görə, Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları 1987-ci il təvəllüdlü İ.A.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs anası – 1964-cü il təvəllüdlü L.A.-ya qarşı psixoloji zorakılıq göstərib və mütəmadi olaraq onu öldürməklə hədələyib.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 126¹-ci maddəsinin 1-ci hissəsi (ailədaxili zorakılıq) və 151¹-ci maddəsi (təhdid) ilə aparılır ki, bu da 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


