21 
Apr
2026
16:44
170

Aİ Ermənistanla bağlı yeni mülki missiya göndərir

Avropa İttifaqının xarici işlər nazirləri Ermənistana yeni mülki missiyanın göndərilməsinə “yaşıl işıq” veriblər.

InterPress.ge xəbər verir ki, bu barədə Radio Azadlıq məlumat yayıb.

Məlumata görə, iki il müddətinə fəaliyyət göstərəcək missiya Ermənistanı hibrid təhdidlərə qarşı mübarizədə dəstəkləyəcək. Bu təhdidlərə seçkilərə xarici müdaxilə, kiberhücumlar və qeyri-qanuni siyasi maliyyələşmə daxildir.

Qeyd olunur ki, “Ermənistanda Aİ Tərəfdaşlıq Missiyası” (EUPM Ermənistan) adlanan bu təşəbbüsü rəsmi İrəvan ilk dəfə ötən ilin dekabrında tələb edib. Missiyanın yaradılması təklifi ötən həftə Aİ səfirləri tərəfindən yekdilliklə dəstəklənib.

Yeni missiya ölkədə fəaliyyət göstərən əvvəlki Avropa İttifaqının Ermənistandakı Missiyasını əvəz edəcək. EUMA-nın mandatı 2027-ci ilin əvvəlində başa çatır.

Bildirilir ki, əvvəlki missiyanın əsas məqsədi Ermənistanın sərhəd bölgələrində sabitliyi gücləndirmək və patrul fəaliyyəti ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək vermək idi.

Məlumata əsasən, EUMA çərçivəsində 200-dən çox əməkdaş fəaliyyət göstərdiyi halda, yeni missiyada cəmi 20-30 nəfərin çalışacağı və onların əsasən Ermənistan hökuməti ilə sıx əməkdaşlıq edəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın