21 
Apr
2026
13:41
114

DTX: 2025-ci ildə korrupsiya ilə bağlı 54 cinayət işi açılıb, 104 nəfər məsuliyyətə cəlb olunub

Gürcüstanda 2025-ci ildə korrupsiya cinayətləri ilə bağlı onlarla şəxs məsuliyyətə cəlb edilib.

InterPress.ge xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 2025-ci il fəaliyyət hesabatına əsasən, qurumun Antikorrupsiya Agentliyi tərəfindən 54 cinayət işi üzrə istintaq başlanıb və 104 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Məlumata görə, həmin şəxslər rüşvət alma, rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə, səlahiyyət həddini aşma, qanunsuz gəlirlərin leqallaşdırılması, vəzifə saxtakarlığı və digər cinayətlərdə ittiham olunurlar.

Hesabatda qeyd olunur ki, il ərzində korrupsiyaya qarşı mübarizə Dövlət Təhlükəsizliyi Xidməti üçün əsas prioritet istiqamətlərdən biri olub və bu sahədə həm əməliyyat-axtarış, həm istintaq, həm də analitik və profilaktik tədbirlər həyata keçirilib.

Bildirilir ki, görülən tədbirlər nəticəsində bir sıra yüksək vəzifəli şəxslər və dövlət qulluqçuları da saxlanılaraq məsuliyyətə cəlb edilib.

Eyni zamanda, hesabat dövründə 8 cinayət işi üzrə dövlətə cinayət yolu ilə əldə edilmiş, ümumi dəyəri 1 086 410 lari olan 126 362 kvadratmetr torpaq sahəsi geri qaytarılıb.

Bundan əlavə, 28 nəfər cinayət məsuliyyətindən azad edilib, 2 cinayət işi üzrə isə 3 şəxs barəsində diversiya (alternativ tədbir) tətbiq olunub.

Bizimlə əlaqə saxlayın