20 
Apr
2026
19:19
436

Savalan Mirzəyev: Sahibə Qafarovanın adı tarixə qızıl hərflərlə yazıldı

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Gürcüstan parlamentinin fəxri medalı ilə təltif olunması münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, deputat bu barədə “Facebook” sosial şəbəkəsində paylaşım edib.

Savalan Mirzəyev bildirib ki, Sahibə Qafarovanın adı Gürcüstan parlamentinin yeni təsis etdiyi fəxri medalla təltif olunan ilk şəxs kimi tarixə düşüb.

Onun sözlərinə görə, Sahibə Qafarovanın iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına verdiyi töhfə danılmazdır və onun sədrliyi dövründə əlaqələr bütün səviyyələrdə əhəmiyyətli dərəcədə fəallaşıb.

Deputat qeyd edib ki, son 15 ildə Gürcüstan və Azərbaycan parlamentariləri arasında münasibətlər heç vaxt indiki qədər sıx olmayıb və bu, müsbət tendensiyanın göstəricisidir.

Savalan Mirzəyev vurğulayıb ki, həm parlament sədrləri, həm də dostluq qrupları arasında əməkdaşlıq yüksək səviyyədədir və bu dinamikanın davam etdirilməsi planlaşdırılır.

O əlavə edib ki, mövcud münasibətlərin bu şəkildə davam etməsi sevindirici və qürurvericidir.

Deputat sonda həm öz adından, həm də Gürcüstan parlamenti adından Sahibə Qafarovanı bir daha səmimi qəlbdən təbrik edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər